Accueil     recherche    map de site
78, avenue d'Iéna 75016 Paris   Tel: +33 (0)1 44 18 60 20 (secrétariat), +33 (0)1 44 18 60 23 (service consulaire)   Fax: +33 (0)1 44 18 60 25   secretariat@azambassade.fr , paris@mission.mfa.gov.az; consulat@azambassade.fr   Horaires   Plan d'accès
Menu principal
Photos d'Azerbaïdjan


 

Xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının
KONSULLUQ UÇOTU

 

  AZƏRBAYCANIN FRANSADAKI SƏFİRLİYİNİN
KONSULLUQ XİDMƏTİ

78, avenue d'Iéna, 75016, Paris 

DİQQƏT !

Bütün konsulluq məsələləri ilə əlaqədar müraciətlər yalnız əvvəlcədən telefon və ya elektron poçt vasitəsilə görüş (rendez-vous) təyin edilməklə həyata keçirilir.

Görüş vaxtı viza müraciətləri üçün həftənin 1-ci, 3-cü və 5-ci günləri saat 10:00-12:00* intervalında, digər müraciətlər üçün həftənin 2-ci və 4-cü günləri saat 10:00-12:00* intervalında konsulluq şöbəsi tərəfindən müəyyən edilir.

Tel: 01 44 18 60 23 (hər gün saat 9:00-dan 13:00-dək və 14:00-dan 17:00-dək, 3-cü gün saat 9:00-dan 13:00-dək) Elektron adres: consulat@azambassade.fr

*bayram günləri istisna olmaqla

Xarici ölkələrdə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən uçota alınması prosedurları Azərbaycan Respublikası Xarici İşlər Nazirinin 12.09.2012-ci il tarixli, Q/07-12 nömrəli Qərarı ilə müəyyən edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə uçotu Qaydaları”na əasən aparılır. Həmin Qaydalara əsasən xarici ölkələrdə qanuni əsaslarla daimi və müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması onların hüquqlarının, qanuni maraqlarının və təhlükəsizliklərinin qorunması məqsədilə aparılır və ödənişsiz yerinə yetirilir.

Fransada daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı konsulluq uçotuna alınması məqsədilə aşağıdakı sənədləri Azərbaycan Respublikasının Səfirliyinə göndərməlidir:

1. “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası” – bütün bəndlər üzrə  doldurulur və rəngli fotoşəkil yapışdırılr ;

2. Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş pasportunun surəti ;

3. Fransada oturum hüququnu təsdiq edən sənədin surəti (tələbə bileti, titre de séjour və s).

Diqqət! Konsulluq uçotuna alınmış Azərbaycan Respublikası vətəndaşı ilə birlikdə yaşayan 16 yaşına çatmamış uşaq olduqda, həmin uşağın doğum haqqında şəhadətnaməsinin və valideynlərinin nikah haqqında şəhadətnaməsinin (olduğu halda) surətləri Səfirliyə təqdim edilməlidir.

 “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşının uçot kartoçkası” 

Agenda
Chaînes de Ministère des Affaires étrangères d'Azerbaïdjan

Suivez-nous sur Facebook
Découvrez l'Azerbaïdjan
Recherche

Archives


Carte d'Azerbaïdjan
Carte d'Azerbaïdjan
Chronologie des mises à jour du portail
29/06/2017

Tous droits réservés.
©  AMBASSADE D'AZERBAÏDJAN EN FRANCE - 2017